...

Fələstin prezidenti seçkilərlə bağlı yeni konstitusiya bəyannaməsi imzalayıb

Dünya xəbərləri Materials 26 Oktyabr 2025 16:27 (UTC +04:00)

Bakı. Trend:

Fələstin prezidenti Mahmud Abbas yeni konstitusiya bəyannaməsi imzalayıb.

Trend-in məlumatına görə, bu barədə "WAFA" agentliyi xəbər verib.

Bildirilib ki, bu bəyannaməyə əsasən, əgər ölkə prezidenti vəzifəsi boş qalarsa, vitse-prezident Fələstin Milli Administrasiyasının (FMH) müvəqqəti rəhbəri vəzifəsini icra edəcək.

Sənədə əssasən, qanunvericilik Şurasının olmaması səbəbindən FMH Prezidenti vəzifəsi boş qaldığı təqdirdə, FMH İcraiyyə Komitəsinin sədr müavini və Fələstin Dövlətinin vitse-prezidenti müvəqqəti olaraq FMH Prezidenti vəzifələrini 90 gündən çox olmayan müddətə icra edəcəklər. Bu müddət ərzində Fələstin Seçki Qanununa uyğun olaraq yeni prezident seçmək üçün azad və birbaşa seçkilər keçiriləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti