...

Azərbaycanda doqquz ayda 11,3 milyon manatlıq dərman istehsal edilib

İqtisadiyyat Materials 25 Oktyabr 2025 13:30 (UTC +04:00)
Azərbaycanda doqquz ayda 11,3 milyon manatlıq dərman istehsal edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11,3 milyon manat dəyərində dərman istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, dərman istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon manat və ya 34,1% çoxdur.

Belə ki, 2024-cü ilin ilk 9 ayında ölkədə 8,4 milyon manat dəyərində dərman istehsal edilmişdi.

Cari ilin oktyabrın 1-i tarixinə ölkədə 585,7 min manatlıq hazır dərman ehtiyatı var.

Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycanda 2,5 milyon ədəd tibbi maska istehsal edilib ki, bu da ötən ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 0,8 milyon ədəd və ya 47,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti