Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Avstriyanı təbrik edib.
Trend xəbər verir ki, nazirliyin sosial şəbəkə hesabında bu barədə paylaşım edilib.
Paylaşımda qeyd olunub:
"Avstriya Respublikasının Milli Günü münasibətilə Avstriya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Avstriya!"
