Bakı. Trend:
"Yuventus"un yarımmüdafiəçisi Kefren Türam karyerasını İspaniya La Liqasında daavm etdirə bilər.
Trend xəbər verir ki, "Real" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İtaliya klubu Türamı satmağın əleyhinə deyil. Onlar 24 yaşlı orta xətt oyunçusu üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, "Yuventus" Kefren Türamı 2024-cü ilin yayında "Nitsa"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.