...

Binəqədi rayonunda oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 25 Oktyabr 2025 12:11 (UTC +04:00)
Binəqədi rayonunda oğurluq edən şəxslər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakini olan bir nəfərə məxsus pul qabından 1100 manat maddi vəsaiti oğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina da saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti