...

Gürcüstanda uran qaçaqmalçılığının qarşısı alınıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 13:15 (UTC +04:00)
Gürcüstanda uran qaçaqmalçılığının qarşısı alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Tbilisidə üç Çin vətəndaşını saxlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xüsusi xidmət orqanının məlumatına görə, onlar iki kiloqram uranı qanunsuz yolla əldə edərək Rusiya üzərindən vətənlərinə aparmağı planlaşdırıblar.

Şübhəlilər nüvə materialını 400 min ABŞ dollarına almaq niyyətində olublar.

Əməliyyat Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat və xüsusi əməliyyatlar departamentləri tərəfindən birgə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti