Bakı. Trend:
"Mançester Siti"nin 31 yaşlı yarımmüdafiəçisi Mateo Kovaçiç 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması barədə klubla danışıqlar aparmır.
Trend xəbər verir ki, "şəhərlilər"in xorvatiyalı futbolçunun transferi ilə bağlı gələcək təkliflərə açıq olacağı gündəmdədir.
Mateo Kovaçiçə maraq göstərən klublar sırasında "Aston Villa" və "Vest Hem" kimi Premyer Liqanın iki təmsilçisi yer alır. Lakin bu komandaların rəqibi qismində İtaliyanın nəhəng klubu "Milan" da çıxış edə bilər.
Qeyd edək ki, Mateo Kovaçiç 2023-cü ilin yayından "Mançester Siti"nin formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə ümumilikdə 90 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.