Bakı. Trend:
Bu ilin yanvar–avqust aylarında Azərbaycandan İtaliyaya 3,1 milyard ABŞ dolları dəyərində 6,2 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 495,6 milyon dollar və ya 18,8% artıb, həcm baxımından isə 405,7 milyon kubmetr və ya 6,1% azalıb.
Müqayisə bildirək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycandan İtaliyaya 6,6 milyard kubmetr təbii qaz ixrac olunmuşdu və bu ixracın ümumi dəyəri 2,6 milyard ABŞ dolları idi.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan xaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 541,2 milyon ABŞ dolları və ya 9,9%, həcm baxımından isə 625,9 milyon kubmetr və ya 3,9% çoxdur.
Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycana 36,3 milyon ABŞ dolları dəyərində 233,3 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 234,4 milyon kubmetr və yaxud 2 dəfə azdır.
