...

Pakistanda mikroavtobus qəzaya uğrayıb - Çoxsaylı ölü və yaralı var

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 12:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Pəncab bölgəsində avtomagistralda ağır qəza baş verib.

Trend bu barədə xarici KİV-ə isitnadən xəbər verir.

Məlumata görə, sərnişin mikroavtobusu ilə yük maşının toqquşması nəticəsində azı 8 nəfər həyatını itirib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Toqquşmadan sonra aşan mikroavtobusdakı qurbanlardan 3-ü eyni ailənin üzvləri olub. Yerli polis ağır qəzanın sürət həddinin aşılması səbəbilə baş verdiyini bildirir.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti