Bakı. Trend:
Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcəyi və inkişafı ilə bağlı çox nikbinəm.
Bunu Trend-ə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən “Avropada təhsil” adlı sərgi çərçivəsində deyib.
O qeyd edib ki, hər iki tərəf konstruktiv dialoqa və tərəfdaşlığın bundan sonra daha da möhkəmləndiirlməsinə hədəfləniblər.
“Biz hər birimiz önə baxırıq və Aİ ilə Azərbaycan arasındakı münasibətlərin yaxşı gələcəyinə ümid bəsləyirik”, -deyə səfir əlavə edib.
“Avropada təhsil” sərgisinə gəlincə, o bildirib ki, tədbirdə Avropa İttifaqının 10 üz dövlətindən 30 ali təhsil ocağı, eləcə də Azərbaycandan ADA və UFAZ iştirak edirlər.
“Biz avropalı universitetlərin öz təhsil proqramlarını təqdim etmək üçün Bakıya gəlişinə çox şadıq. Avropada təhsil almaq imkanının azərbaycanlı tələbələrə cəlbedici gələcəyinə ümid edirik”, -deyə Mariyana Kuyundziç bildirib.
