...

Almaniyanın ən güclü atom elektrik stansiyasının qalıqları partladılıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 16:20 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Bavariya əyalətində yerləşən və vaxtilə ölkənin ən böyük atom elektrik stansiyası sayılan “Gundremmingen” AES-in iki nəhəng soyuducu qülləsi (hər biri 160 metr hündürlüyündə) bu gün partladılaraq dağıdılıb.

Trend Almaniya KİV-ə istinadən xəbər verir ki, bu hadisə Almaniyanın atom enerjisindən tamamilə imtinasının simvolu kimi dəyərləndirilib.

Stansiya 2021-ci ildə fəaliyyətini dayandırmışdı, lakin onun tarixi 1966-cı ildə Almaniyada ilk iri miqyaslı reaktorun işə salındığı dövrə gedib çıxır.

Partlayışdan sonra 56 min ton armatur və beton qalıqlarının xırdalanaraq tikinti materialı kimi təkrar emalı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti