...

Bakı Dövlət Sirki iki illik fasilədən sonra fəaliyyətini bərpa edib

Mədəniyyət Materials 25 Oktyabr 2025 13:02 (UTC +04:00)
Bakı Dövlət Sirki iki illik fasilədən sonra fəaliyyətini bərpa edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Dövlət Sirki iki illik fasilədən sonra zəngin beynəlxalq proqramla qapılarını tamaşaçılarına açıb.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 24-də Bakı Dövlət Sirkinin kollektivi, eləcə də Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gəlmiş tanınmış sirk artistlərinin iştirakı ilə hazırlanan maraqlı proqramın açılışı olub.

Proqram çərçivəsində tamaşaçılar nəfəs kəsən akrobatik nömrələrə, heyrətamiz illüziya şoularına və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələrə şahidlik ediblər.

Bakı Dövlət Sirki paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bu möhtəşəm şouya qoşulmağa dəvət edir.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti