Bakı. Trend:
Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ və Venesuela arasındakı mübahisədə vasitəçilik etməyi təklif edib.
Trend-in məlumatına görə, bu barədə Braziliya xarici işlər naziri Mauru Viyera deyib.
"Prezident Lula bu məsələni qaldırıb və Cənubi Amerikanın dinc bir bölgə olduğunu qeyd edib. O, tərəflərin qarşılıqlı məqbul həll yolları tapa bilməsi üçün vasitəçi kimi çıxış etməyi təklif edib", - deyə nazir bildirib.
M.Vyera izah etdi ki, Lula da Silva bu təklifi hər iki tərəflə təmaslarda irəli sürüb.