Bakı. Trend:
İtaliyanın cənubundakı İrpiniya bölgəsində 4 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, episentri Moefredan şəhərindən bir kilometr aralıda olan yeraltı təkan 14 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Kampaniya regionunda, eləcə də Neapol, Salerno və Beneventoda aydın hiss olunub. Sakinlər qorxu və təşvişlə küçələrə axışıblar.
İlkin araşdırmalara görə, dağıntı və tələfat yoxdur. Montefredan meri bazar ertəsi günü məktəblərin ehtiyat tədbiri olaraq tətil edildiyini açıqlayıb.
İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, son iki gündə bölgədə 3,4-3,9 bal arasında 3 zəlzələ qeydə alınıb.