...

HƏMAS ölən girovların cəsədlərini tez bir zamanda qaytarmağa başlamalıdır - Tramp

Dünya xəbərləri Materials 26 Oktyabr 2025 04:26 (UTC +04:00)
HƏMAS ölən girovların cəsədlərini tez bir zamanda qaytarmağa başlamalıdır - Tramp

Bakı. Trend:

Yaxın Şərqdə çox güclü sülh formalaşıb və inanıram ki, o əbədi olacaq.

Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb.

O bildirib ki, HƏMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini tez bir zamanda qaytarmağa başlamalıdır, əks halda bu böyük sülhdə iştirak edən digər ölkələr hərəkətə keçəcək.

“Cəsədlərin bəzilərinə çatmaq çətindir, digərlərini isə indi geri qaytarmaq mümkündür, amma nədənsə etmirlər. Ola bilsin ki, bu, onların tərksilah edilməsi ilə bağlıdır. Lakin mən hər iki tərəfə ədalətli davranılacaq deyərkən bunun öz öhdəliklərini yerinə yetirənlərə şamil olunduğunu nəzərdə tuturdum. Gəlin onların növbəti 48 saat ərzində nə edəcəklərinə baxaq. Mən bunu çox diqqətlə izləyirəm”, - deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti