Bakı. Trend:
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, Qəzza zolağında HƏMAS-ın tunellərinin təxminən 60 faizi hələ də mövcuddur və onlar tamamilə məhv edilməlidir.
Trend xəbər verir ki, o, həmçinin nəzarətdə saxladıqları “sarı zona”da hərbçilər üçün tunellərin məhv edilməsini prioritet etdiyini vurğulayıb.
Katz qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin Qəzzada HƏMAS üzərində qazandığı böyük uğuru möhkəmləndirməyin əsas strateji məqsədi zolağın silahsızlaşdırılması və HƏMAS-ın tərksilah edilməsi üçün qalan tunellərin tamamilə dağıdılmasıdır.