Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Rusiya lideri Vladimir Putinlə yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində real sülh razılaşmasına nail olunacağına əmin olduqda görüşəcək.
Trend xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu fikri jurnalistlərə açıqlayıb.
“Biz razılaşmaya nail olacağımıza əmin olmalıyıq”, – deyə Tramp Putinlə görüşə nə vaxt hazır olacağı barədə sualı cavablandırarkən bildirib.
O, həmçinin Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatından məyusluğunu ifadə edib.