...

Roma Papası XIV Leo Livanın Baş naziri ilə görüşüb

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 18:05 (UTC +04:00)
Roma Papası XIV Leo Livanın Baş naziri ilə görüşüb

Bakı. Trend:

Roma Papası XIV Leo bu gün Livan Baş naziri Navaf Salam və müavini Tarik Mitri ilə görüşüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, görüş Vatikanın Dövlət Katibliyində keçirilib.

Görüşdə iki ölkə arasında mövcud diplomatik əlaqələr və Papa XIV Leonun 30 noyabr – 2 dekabr tarixlərində Livana edəcəyi rəsmi səfər üçün ortaq gözləntilər müzakirə olunub.

Həmçinin, Livan xalqının ölkənin islahat və sabitlik proseslərinə olan ümidləri və bölgədə tam sülhün təmin olunması istiqamətindəki ortaq arzular ifadə edilib.

Baş nazir Navaf Salam Livan xalqının Papanın səfərini böyük sevinc ilə gözlədiklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti