...

Azərbaycan süd və qaymaq idxalını artırıb

İqtisadiyyat Materials 26 Oktyabr 2025 02:58 (UTC +04:00)
Azərbaycan süd və qaymaq idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 min 179 ton süd və qaymaq idxal edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 21 milyon 467 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 753 ton (16,8 %), dəyər baxımından isə 4 milyon 137 min ABŞ dolları (23,9 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti