...

"Melissa" qasırğası 4-cü kateqoriyaya qədər güclənib

Dünya xəbərləri Materials 26 Oktyabr 2025 15:41 (UTC +04:00)

Bakı. Trend:

Atlantik okeanında əmələ gələn "Melissa" qasırğası Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya qədər güclənib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi xəbər verib.

Məlumata əsasən, qasırğa qərbə 7 km/saat (4,3 mil/saat) sürətlə hərəkət edir. Sərhədləri daxilində küləyin maksimal sürəti 61 m/saniyəyə (205 mil/saat) çatır.

"Melissa" Yamaykanın Kinqston şəhərindən 195 kilometr cənub-şərqdədir. Yamayka və Haitinin bəzi yerlərində daşqın və torpaq sürüşməsi təhlükəsi elan edilib.

Xəbər lenti

Xəbər lenti