...

İsrail PUA-ları Livanda "Hizbullah"ın üç üzvünü zərərsizləşdirib

Dünya xəbərləri Materials 26 Oktyabr 2025 17:42 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları "Hizbullah" hərəkatının silahlı qanadının üzvlərinə məxsus ən azı üç nəqliyyat vasitəsinə hücum edib.

Trend-in məlumatına görə, bu barədə "Naharnet" xəbər portalı bildirib.

Məlumata əsasən, ölkənin cənubundakı sərhəd bölgəsində yerləşən Əl-Kleyla və Ən-Naqura kəndlərinə edilən PUA hücumlarında iki döyüşçü öldürülüb. Livanın şərqindəki Nabi Şitada başqa bir səhra komandiri tapılaraq öldürülüb.

Xəbər lenti

Xəbər lenti