Bakı. Trend:
"PKK" terror təşkilatı Türkiyədən geri çəkilməyə başladığını açıqlayıb.
Trend-in məlumatına görə, İraqda yerləşən Qəndil dağlarında verilən açıqlamada geri çəkilən 25 PKK üzvü də iştirak edib.
"Yaxın Şərqdəki münaqişələr və müharibələr Türkiyənin və kürdlərin gələcəyi üçün ciddi bir təhdidə çevrildiyindən, ötən il Prezident Tayyib Ərdoğanın, MHP sədri Dövlət Baxçalının və terrorçu lideri Abdullah Öcalanın açıqlamaları ilə başlayan və Abdullah Öcalanın 27 fevral 2025-ci il tarixli "Sülh və Demokratik Cəmiyyət" çağırışı ilə özünü göstərən proses son dərəcə vacib və kritik bir mərhələdən keçir", - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, 5-7 may tarixləri arasında terror kəşkilatı tərəfindən konqres keçirilərək PKK-nın təşkilati varlığına və silahlı mübarizə strategiyasına son qoymaq qərarı verilib. Bildirilib ki, həmin konqresdə verilən qərar əsasında, Türkiyə sərhədləri daxilində münaqişə riski yaradan və mümkün təxribatlara açıq olan PKK-nın Türkiyədəki bütün qüvvələri "Media Müdafiə Sahələri"nə çəkilməsini həyata keçirilir.