...

Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir

Dünya xəbərləri Materials 26 Oktyabr 2025 09:22 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın ticarət naziri Dominik Leblan ABŞ prezidenti Donald Trampın rüsumları 10 faiz artırmaqla bağlı təhdidlərinə baxmayaraq, ABŞ ilə konstruktiv dialoqu davam etdirməyə ümid edir.

Trend-in məlumatına görə, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

"Son həftələrdə amerikalı həmkarlarımızla konstruktiv müzakirələr zamanı əldə edilən irəliləyişi davam etdirməyə hazırıq", - deyə o bildirib.

O qeyd etdi ki, Ottava həm ABŞ, həm də Kanadada işçilərə və ailələrə fayda verəcək nəticələrə nail olmağa yönəlib.

Onun fikrincə, "irəliləyiş ən yaxşı şəkildə ABŞ administrasiyası ilə birbaşa qarşılıqlı əlaqə yolu ilə əldə edilə bilər".

Xəbər lenti

Xəbər lenti