...

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Siyasət Materials 26 Oktyabr 2025 11:17 (UTC +04:00)
Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti