Bakı. Trend:
19 oktyabrda Fransanın Luvr muzeyində baş verən oğurluqla şübhəli bilinən ən azı bir nəfər həbs edilib.
Trend-in məlumatına görə, bu barədə "France Inter" istintaqa yaxın mənbəyə istinadən xəbər verib.
"Le Figaro" qəzeti qeyd edib ki, ikinci şübhəli Sen-Sen-Denis departamentində saxlanılıb. İş üzrə ümumilikdə dörd şübhəli şəxs axtarışa verilib.
Həbs prosessi 25 oktyabr axşamı Parisin Rua-Şarl de Qoll hava limanında baş tutub. Saxlanılanlar mütəşəkkil oğurluq və sui-qəsd ittihamları ilə həbs olunublar. İki şübhəli şəxsin axtarışı davam edir.