...

Tramp Pakistan və Əfqanıstan arasında gərginliyin həllini təmin edəcəyini bildirib

Dünya xəbərləri Materials 26 Oktyabr 2025 20:09 (UTC +04:00)
Tramp Pakistan və Əfqanıstan arasında gərginliyin həllini təmin edəcəyini bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin çox tez həllini təmin edəcəyini bildirib.

Trend-in məlumatına görə, Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində iştirak edən Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələr edib.

"Mən eşitdim ki, Pakistan və Əfqanıstan arasında danışıqlar başlayıb. Mən bunun çox tez həll olunacağına əminəm", - deyə Tramp Pakistan liderlərini "gözəl insanlar" adlandırıb.

Qeyd edək ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında baş verən sərhəd toqquşmalarından sonra elan edilən 48 saatlıq atəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti