...

Kənan dünya çempionu oldu, Xetaq gümüş medal qazandı (ƏLAVƏ OLUNUB)

İdman Materials 26 Oktyabr 2025 23:32 (UTC +04:00)
Kənan dünya çempionu oldu, Xetaq gümüş medal qazandı (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan güləşçisi Xetaq Karsanov (125 kq) Serbiyanın Novi-Sad şəhərində gənclər arasında (U-23) keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Trend xəbər verir ki, Xetaq Karsanov da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

Hazırda Azərbaycan millisinin hesabında altı medal var: üç qızıl, bir gümüş və iki bürünc. Kənan Heybətov (70 kq), Elmir Əliyev (55 kq) və Ziya Babashov (63 kq) dünya çempionu olublar. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq) və Günay Qurbanova (59 kq) isə üçüncü yerləri tutublar.

xxx

23:06

Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov Serbiyanın Novi-Sad şəhərində gənclər arasında (U-23) keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir ki, Kənan Heybətov finalda iranlı Sina Xəliliyə 9:4 hesabı ilə qalib gələrək U23 dünya çempionu titulunu əldə edib.

Hazırda Azərbaycan millisinin hesabında beş medal var: üç qızıl, bir gümüş və iki bürünc. Kənan Heybətov (70 kq), Elmir Əliyev (55 kq) və Ziya Babashov (63 kq) dünya çempionu olublar. Ruslan Nurullayev (72 kq) və Günay Qurbanova (59 kq) isə üçüncü yerləri tutublar.

Xəbər lenti

Xəbər lenti