Bakı. Trend:
Fırtına səbəbindən Avstraliyada təxminən 90 min ev işıqsız qalıb. Elektrik kəsilməsi xüsusilə Viktoriya və Kvinslend ştatlarına təsir edib.
Trend-in məlumatına görə, bu barədə "The Australian" məlumat yayıb.
Qeyd olunub ki, Kvinslenddə 67 mindən çox ev axşam saat 19:00-a (Bakı vaxtı ilə 14:00) qaranlığa qərq olub. Ştatın digər şəhərlərinin də qasırğadan təsirlənəcəyi ehtimal edilir.
"ABC" telekanalının məlumatına görə, Viktoriya ştatında elektrik enerjisinin kəsilməsi 25 mindən çox evə təsir edib. Ən çox zərər ştatın paytaxtı Melburn və qərb bölgəsində qeydə alınıb.
Avstraliya Meteorologiya Bürosunun baş sinoptikçisi Miriam Bredberinin sözlərinə görə, güclü yağış daşqınlara səbəb ola bilər. O əlavə edib ki, mövcud hava şəraiti gələn həftə ərzində də davam edə bilər.
