Bakı. Trend:
Kamerunun iqtisadi paytaxtı Dualada müxalifətin təşkil etdiyi 12 oktyabr prezident seçkilərində namizədi Bakari İssa Çiromanın tanınması tələbi ilə keçirilən nümayiş zamanı ən azı dörd nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi Çiromanın seçki qərargahına istinadən məlumat yayıb.
Məlumata görə, nümayiş zamanı silah səsləri eşidilib. Etiraz zamanı itkilərlə bağlı hakimiyyət orqanlarından heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir gün əvvəl Çiroma 26 oktyabrda ölkənin bütün şəhərlərində ona dəstək nümayişləri keçirməyə çağırmışdı: "Gəlin və bütün əsas şəhər qovşaqlarında dinc yürüşlər təşkil edin."
