...

Malayziya Qran-prisi öncəsi qəza baş verib

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 01:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Malayziya Qran-prisi (Moto3) öncəsi “Sepang” avtodromunda ciddi qəza hadisəsi baş verib.

Trend xəbər verir ki, mövsümü erkən çempion kimi başa vurmuş ispaniyalı Xose Antonio Rueda hazırlıq dövründə yüksək sürətlə isveçrəli Noah Dettvillerin motosikleti ilə toqquşub.

Qəza nəticəsində Dettvillerin motosikleti havaya qalxıb və hər iki sürücü asfalt üzərinə düşüb. Onlar təcili xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunub ki, pilotların vəziyyəti sabit qiymətləndirilir, lakin onlar yarışda iştirak edə bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti