Bakı. Trend:
Malayziyada iki günlük danışıqlardan sonra ABŞ və Çin nümayəndə heyətləri gələn həftə ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək görüşdə müzakirə ediləcək məsələlərin həlli üçün çərçivə razılaşması hazırlayıblar.
Trend xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent məlumat verib.
Onun sözlərinə görə, görüş 30 oktyabrda Cənubi Koreyada baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində keçiriləcək.
Skott Bessent əlavə edib ki, tərəflər kənd təsərrüfatı məhsullarının alışı və nadir torpaq metallarının ixracına nəzarətin təxirə salınması barədə razılıq əldə ediblər.
