...

İstanbul yaxınlığında 3,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 Oktyabr 2025 22:01 (UTC +04:00)
İstanbul yaxınlığında 3,7 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qara dənizdə, İstanbul yaxınlığında 3,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri İstanbuldan 13 kilometr şimal-qərbdə, sahildən təxminən 16 kilometr aralıda yerləşib. Kandilli Seysmoloji Mərkəz isə zəlzələnin gücünü 3,9 bal olaraq açıqlayıb.

Metropolitenin bir neçə bölgəsinin sakinləri yeraltı təkanları hiss edib. Lakin dağıntı və tələfat barədə məlumat yoxdur və yerli sakinlər arasında panika qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti