Bakı. Trend:
"McLaren" pilotu Lando Norris "Formula-1" üzrə 2025-ci il dünya çempionatının 20-ci mərhələsi sayılan Meksika Qran-prisinin qalibi olub.
Trend xəbər verir ki, yarış Rodriges qardaşları avtodromunda baş tutub.
"Ferrari" pilotu Şarl Lekler ikinci yeri tutub, "Red Bull" pilotu Maks Ferstappen isə podiumu tamamlayıb.
Beləliklə, Norris 357 xal toplayaraq ümumi sıralamada birinci pilləyə yüksəlib. O, Meksikada beşinci olan komanda yoldaşı Oskar Piastrini geridə qoyub. Hazırda Piastrinin xalı 356-dır.
