Bakı. Trend:
Britaniya hərbi rəhbərliyi nüvə silahlarının Almaniya ilə birgə istifadəsinin tərəfdarıdır.
Trend xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Məlumata görə, krallığın Müdafiə Qərargahının keçmiş rəisi və NATO-nun baş katibi də daxil olmaqla, yüksəkvəzifəli hərbi rəsmilər Böyük Britaniyanı Berlinlə yeni müdafiə paktı üzrə danışıqlara başlamağa çağırıblar.
Nəşr qeyd edir ki, bu cür təkliflər ABŞ-nin yaxın gələcəkdə Avropanın təhlükəsizliyinin əsas qarantı kimi çıxış etməyəcəyi ilə bağlı artan narahatlıqlar fonunda irəli sürülüb.
Bildirilir ki, Böyük Britaniya və Almaniya arasında bu məsələ ilə bağlı hələlik rəsmi danışıqlar başlanmayıb.
