...

Mbappe ardıcıl 4 “El Klassiko”da qol vuran üçüncü futbolçu olub

İdman Materials 27 Oktyabr 2025 06:26 (UTC +04:00)
Mbappe ardıcıl 4 “El Klassiko”da qol vuran üçüncü futbolçu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

La Liqanın X turunda bu gün keçirilən “Real Madrid” – “Barselona” matçının ilk hissəsində Kilian Mbappe hesabı açıb.

Trend xəbər verir ki, Fransa millisinin hücumçusu bununla XXI əsrdə ardıcıl dörd “El Klassiko”da qol vuran üçüncü futbolçu olub.

Bu göstəriciyə qədər bu uğura yalnız Ronaldinyo və Kriştiano Ronaldo nail olublar.

Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti