...

“Melissa” qasırğası 4-cü kateqoriyaya qədər güclənib

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 08:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Atlantik okeanında formalaşan “Melissa” qasırğası “Saffir–Simpson” şkalası üzrə mümkün beş kateqoriyadan dördüncüsünə qədər güclənib.

Trend xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) bildirib ki, qasırğa Karib dənizinin şimalındakı bir sıra ölkələrə, xüsusilə Haiti və Yamaykaya güclü daşqınlar gətirə bilər.

Meteoroloqların proqnozuna əsasən, “Melissa” çərşənbə axşamı gecə saatlarında Yamaykanın cənub sahillərinə çatacaq.

NHC xəbərdarlıq edib ki, qasırğa Yamayka və Haitidə 760 millimetrədək yağıntı gətirə və regionun infrastrukturuna ciddi ziyan vura bilər.

Xəbər lenti

Xəbər lenti