...

Böyük Britaniya sualtı dronların alınmasına 150 milyon funt sterlinq xərcləyəcək

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 05:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti minaları aşkar etmək və sualtı obyektləri qorumaq üçün sualtı dronların alınmasına 150 milyon funt sterlinq (200 milyon dollar) ayıracaq.

Trend xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, müasir dəniz dronları Qara dənizdə mina təmizləmək, həmçinin kabellər və boru kəmərləri kimi mühüm sualtı infrastrukturun qorunması məqsədilə istifadə ediləcək.

Böyük Britaniya Müdafiə Nazirliyi ilə bağlanan müqaviləyə əsasən, ilkin mərhələdə 24 sualtı dronun alınması planlaşdırılır. Hər bir cihazın təxminən 6 milyon funt sterlinqə (8 milyon dollardan çox) başa gələcəyi bildirilir.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, pilotsuz gəmilər “insanlı mina ovlayan gəmilərdən daha sürətli və dəqiq fəaliyyət göstərir”.

Xəbər lenti

Xəbər lenti