...

Almaniyada quş qripi sürətlə yayılır

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 05:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ölkə üzrə ciddi narahatlığa səbəb olub.

Trend xəbər verir ki, “Spiegel” nəşrinin məlumatına görə, havaların soyuması ilə yoluxma hallarının daha da artacağı gözlənilir. Hazırda ölkə üzrə təxminən 400 min quş məhv edilib.

Brandenburq əyalətindəki iki iri təsərrüfatda 130 min qaz, ördək, toyuq və hind toyuğunun məhv edilməsi qərara alınıb. Mütəxəssislər vəziyyətin ciddi olduğunu bildirərək, ilk dəfə vəhşi quşlarda da virusun aşkarlanmasına diqqət çəkiblər. Virusun əsas daşıyıcısının durnalar olduğu qeyd olunur.

Rəsmilər epidemiya nəzarət altına alınana qədər sərt baytarlıq və biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini açıqlayıblar.

Mövcud qaydalara əsasən, xəstəlik səbəbindən məhv edilən heyvanların sahiblərinə Heyvan Xəstəlikləri Fondu tərəfindən kompensasiya ödənilir. Hazırda bir heyvana görə 50 avro müəyyən edilib, lakin Kənd Təsərrüfatı Nazirliyi bu məbləğin 110 avroya qədər artırılmasını təklif edib. “Bild” qəzetinin məlumatına görə, Avropa İttifaqı bu təşəbbüsə ilkin razılıq verib.

Nazirlikdən bildirilib ki, zərurət yarandığı halda Texniki Yardım Xidməti (THW) də quş qripi ilə mübarizə tədbirlərinə cəlb edilə bilər.

Xəbər lenti

Xəbər lenti