Bakı. Trend:
Noyabrın 1-dən etibarən ABŞ hökumətinin bağlanmasının davam etməsi səbəbindən Əlavə Qidalanma Yardımı Proqramı (SNAP) çərçivəsində ərzaq talonları amerikalılara artıq verilməyəcək.
Trend-in məlumatına görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilən açıqlamada bildirilib.
Məlumatda deyilir: “Senatın Demokratları artıq 12 dəfə Əlavə Qidalanma Yardımı Proqramının maliyyələşdirilməsinə qarşı səs veriblər. Nəhayət, vəsait tükənib. Hazırda noyabrın 1-dən müavinətlər verilməyəcək.”
