...

ABŞ hərbi helikopteri və qırıcı təyyarəsi Cənubi Çin dənizində qəzaya uğrayıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter və qırıcı təyyarə Cənubi Çin dənizində qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Sakit Okean Donanması məlumat yayıb.

Məlumata görə, 26 oktyabrda, yerli vaxtla təxminən saat 14:45-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MH-60R Sea Hawk” helikopteri “USS Nimitz” təyyarədaşıyan gəmisindən adi əməliyyatlar zamanı dənizə düşüb. Hadisədən təxminən yarım saat sonra, saat 15:15-də isə “F/A-18F Super Hornet” qırıcı təyyarəsi də qəzaya uğrayıb.

Hər iki hadisə zamanı ekipaj üzvləri uğurla katapultasiya ediblər və bütün şəxslərin vəziyyətinin sabit olduğu bildirilib.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti