Bakı. Trend:
Litva hakimiyyəti Vilnüs Beynəlxalq Aeroportunu növbəti dəfə uçuşlar üçün bağlayıb.
Trend xəbər verir ki, bu barədə Litva Milli Böhran Mərkəzi məlumat yayıb.
Hava limanının fəaliyyəti hava məkanında bir neçə cismin, çox güman ki, helium şarlarının aşkarlanması səbəbindən dayandırılıb.
Qeyd olunur ki, bu, bir həftə ərzində baş verən dördüncü belə hadisədir.
