...

Qaradağda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib (VİDEO)

Hadisə Materials 27 Oktyabr 2025 08:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat əsasında dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Əməliyyat zamanı məlum olub ki, 2001-ci il təvəllüdlü Ələkbərov Musa Çingiz oğlu hündürlüyü təxminən 500 metr olan dağlıq əraziyə çıxıb və geriyə qayıda bilmədiyi üçün köməksiz vəziyyətə düşüb.

Xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəxs təhlükəsiz şəkildə xilas edilib.

Xəbər lenti

Xəbər lenti