...

Qazaxıstanda ikimərtəbəli kommunal binada yanğın baş verib

Dünya xəbərləri Materials 27 Oktyabr 2025 08:46 (UTC +04:00)
Qazaxıstanda ikimərtəbəli kommunal binada yanğın baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanğınsöndürənlər paytaxtın Baykonur rayonunda yerləşən ikimərtəbəli kommunal binada baş verən yanğını söndürürlər.

Trend xəbər verir ki, bu barədə “Kazinform” agentliyi Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Departamentin məlumatına görə, hadisə Aksay küçəsində qeydə alınıb. Xəsarət alanlar barədə məlumat verilmir.

Yanğınsöndürmə xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hadisə yerində yanğınsöndürmə qrupu yaradılıb, dörd yanğınsöndürmə məntəqəsi cəlb olunub və fasiləsiz su təchizatı təmin edilib.

Xəbər lenti

Xəbər lenti