Bakı. Trend:
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliiyat hadisəsi baş verib.
Trend xəbər verir ki, oktyabrın 25-də saat 22 radələrində 2006-cı il təvəllüdlü, Gəncə şəhəri, A.Əhmədov küçəsi, ev 82-də yaşayan Süleymanov Rəsul Ramin oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə Gəncə şəhəri, P.Səmədov küçəsi ilə hərəkətdə olub, H.Əliyev küçəsinə sola dönmə əməliyyatı yerinə yetirərkən, yolu keçmək istəyən piyada 1956-cı il təvəllüdlü Bağırov Natiq İlyas oğlunu vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən vəfat etmişdir.
Faktla bağlı CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
