Bakı. Trend:
Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 12 min metr1 qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,94 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4% artaraq, 13 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2025-ci ilin üçüncü rübü üzrə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4,1 milyon ton6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr7, istehlakı isə 2,4 milyard kubmetr8 olub. Təbii qaz ixracında 8,7% artım qeydə alınıb.
Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton9 neft, 760 milyon kubmetr10 qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 639,2 min ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,7% artım qeydə alınıb.
Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
1. 12.146 metr
2. 1.810.132 ton
3. 1.944.732.000 kubmetr
4. 12.943.015.000 kubmetr
5. 6.979.521 ton
6. 4.101.377 ton
7. 6.286.918.690 kubmetr
8. 2.439.069.00 kubmetr
9. 1.680.347 ton
10. 760.098.800 kubmetr
11. 639.211 ton
