...

Azərbaycanın təbii qaz ixracı 9%-ə yaxın artıb

Energetika Materials 27 Oktyabr 2025 12:01 (UTC +04:00)
Azərbaycanın təbii qaz ixracı 9%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 3-cü rübündə Azərbaycan üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr olub.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracında 8,7% artım qeydə alınıb.

"Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft, 760 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 639,2 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,7% artım qeydə alınıb", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti