Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.10.2025-26.10.2025) məlumat açıqlanıb.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 143 piyada əleyhinə mina, 83 tank əleyhinə mina, 5498 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Vurğulanıb ki, 1644,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
