...

Azərbaycanda könüllü sığorta bazarı 15%-dən çox böyüyüb

İqtisadiyyat Materials 27 Oktyabr 2025 11:33 (UTC +04:00)
Azərbaycanda könüllü sığorta bazarı 15%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 881,844 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 116,4 milyon manat və ya 15,2% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 123,7 milyon manat və yaxud 27,2% artaraq 105,421 milyon manata çatıb.

Beləliklə, 9 ayda könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 11,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat və ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti