Bərdə. Trend:
44 günlük Vətən müharibəsinin 31-ci günü, 27 oktyabr 2020-ci il Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
Trend xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutması nəticəsində şəhid olan dinc sakinlərin xatirəsinin anım günü qeyd olunub.
Kənd sakinləri və şəhid ailələri, şəhidlərin həmkəndliləri 1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı, 1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı, 1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu,1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Eyni zamanda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Ermənistan ordusunun raket atəşi nəticəsində 5 nəfər şəhid olub, 14 nəfər yaralanıb, yaşayış evlərinə ciddi ziyan dəyib.
