Bakı. Trend:
Bu ilin 3-cü rübündə Azərbaycan üzrə qaz hasilatı 13 milyard kubmetr təşkil edib.
Trend bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4% çoxdur.
Ümumilikdə isə 2025-ci ilin üçüncü rübü üzrə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub.
Bu ilin üçüncü rübündə SOCAR tərəfindən 12 min metr qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,94 milyard kubmetr qaz hasil olunub.
